"Gülnarə Ronaldo ilə keçirdiyi çılğın gecədən sonra da namaz qıldımı?" - FOTOLAR

"Gülnarə Ronaldo ilə keçirdiyi çılğın gecədən sonra da namaz qıldımı?" - FOTOLAR
10:27 7 Oktyabr 2016
15958 İdman
Ölkə mətbuatı
A- A+

"Twitter"də özünü Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova kimi təqdim edən hesab açılıb.

Afina adlı istifadəçi artıq sözügedən hesabla iki məktub paylaşıb. O, ilk məktubunda anasına müraciət edərək "Tezliklə öləcəm...Eşit ana...daha bacarmıram” yazıb.

Daha sonra isə “Artıq qana vərdiş etmişəm. Ov damarlarımı kəsəcək” yazıb.

Məktubunda onu qızı İmandan ayırdıqlarını və atası ilə vidalaşmağa qoymadıqlarını da bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Gülnarə Kərimovanın məşhur futbolçu Kriştiano Ronaldo ilə münasibətləri açıqlanmışdı. Özbək politoloq Usman Haqnazarov Kərimov ailəsi ilə bağlı hazırladığı geniş yazıda prezidentin qızı Gülnarə Kərimovanın Kriştiano Ronaldo ilə münasibətlərinə toxunub.

"Bu günlərdə Gülnarə Kərimova heç nədən sosial şəbəkədə müsəlman geyimində fotolarını yaydı. Bu fotoları şərh edərkən yazdı ki, İslam qaydalarına əməl edir və hər gün səhərlər namaz qılır. Maraqlıdır, 2009-cu il, dekabrın 22-dən 23-nə keçən gecə hansı İslam adətləri Gülnarə Kərimovanı məcbur etmişdi ki, məşhur portuqaliyalı futbolçu Kriştian Ronaldo ilə Daşkənd iqamətgahında yatsın?! O, dekabrın 23-də səhər tezdən, məşhur futbolçu ilə keçirdiyi çılğın gecədən sonra da namaz qıldımı?!", - deyə müəllif yazır. 


Fanat.Az
















Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldo-il-cln-gec-kecirn-gulnar-t53138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR