İranın Mahan Air aviaşirkəti Bakıya uçuşlara başlayır

İranın Mahan Air aviaşirkəti Bakıya uçuşlara başlayır
10:42 7 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

İranın Mahan Air aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır.

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra vermişdir.

Uçuşların həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri Airbus A310 layneri ilə yerinə yetirilməsi planlaşdırılır. 

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" və ATA Airlines aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR