İran aviaşirkəti Bakıya uçuşlara başlayır

İran aviaşirkəti Bakıya uçuşlara başlayır
10:42 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ İranın "Mahan Air" aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır.
Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən "Report"a bildirilib ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra verib.
Uçuşların həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri "Airbus A310" layneri ilə yerinə yetirilməsi planlaşdırılır.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" və "ATA Airlines" aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/i-ran-aviasirketi-bakiya-ucuslara-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR