Çexovun əsərləri rekord qiymətə satıldı

Çexovun əsərləri rekord qiymətə satıldı
10:43 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Rus yazar Anton Çexovun 1883-cü ildə qələmə aldığı məktub Moskva şəhərində hərrac vasitəsilə 3.6 milyon rubla satılıb.

Publika.az-ın rus mediasına istinadən verdiyi xəbərə görə, Çexovun ilk kitabı “Melpomenin Nağılları”-ndan 1 il əvvəl ailə dostu Qabriel Kravtsova yazdığı məktub böyük marağa səbəb olub. Hərracda 2.6 milyon rubla qoyulan məktub sonradan 3.6 milyon rubla alıcısını tapıb.

Çexovun yazdığı ilk kitabın kopiyası da rekord qiymətə satılıb.

Qeyd edək ki, Çexovun “Melpomenin Nağılları” 1884-cü ildə A.Çehonte imzası ilə (uydurma imza) nəşr olunub. Çexov tibb universitetində oxuduğu zaman ailəsinə kömək məqsədilə müxtəlif dərgilərdə çap olunmuş yazılarını bir kitaba yığıb, uydurma ad altında çap etdirir.

Həmin kitab isə bu hərracda 1.8 milyon rubla satılıb.

Mələk


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/171284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR