Yığmamızın son sınağı

Yığmamızın son sınağı
10:52 7 Oktyabr 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, VII qrupda mübarizə aparan Azərbaycan millisi AÇ-2017-nin seçmə mərhələsində son matçına çıxacaq.

Yaşar Vahabzadənin yetirmələri tsikli səfərdə  başa vuracaqlar. Komandamız Helsinkidə Finlandiya ilə üz-üzə gələcək. Rusiya ilə 4-cü yer uğrunda qiyabi mübarizə aparan yığmamız hazırda qərarlaşdığı bu mövqeyini qorumaq üçün xal qazanmağa çalışacaq.
 
Helsinkinin "Toolon jalkapallostadion" stadionundakı qarşılaşma millimiz üçün tarixi nəticə ilə də əlamətdar ola bilər. Komandamız qələbələrini 3-ə, xalını 11-ə, qol sayını 10-a çatdırıb, rekordlar vurmaq iddiasındadır.
 
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
 
Qeyd edək ki, günün digər iki oyununda Farer adaları Avstriyanı, Almaniya Rusiyanı qəbul edəcək.
 
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi
VII qrup
7 oktyabr
19:30. Finlandiya - Azərbaycan

Baş hakim: Peter Kyaesqaard-Andersen
Baş hakimin köməkçiləri: Henrik Sonderbyu, Yakob Bille
Dördüncü hakim: Sandi Putros (hamısı Danimarka)
Hakim-inspektor: Albano Yanku (Albaniya)
UEFA nümayəndəsi: Tomaş Karpaviçyus (Litva)
Helsinki. "Toolon jalkapallostadion" stadionu

1

Almaniya

8

8

0

0

27-4

24

2

Avstriya

8

6

1

1

20-8

19

3

Finlandiya

8

4

0

4

12-9

12

4

Azərbaycan

9

2

2

5

8-19

8

5

Rusiya

8

2

2

4

11-14

8

6

Farer adaları

9

0

1

8

3-27

1

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR