Putinin 64-cü baharı

Putinin 64-cü baharı
11:05 7 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiya prezidenti Vladimir Putinin doğum günüdür.

Milli.Az azvision.az-a istindən bildirir ki, Rusiya liderinin 64 yaşı tamam olur. 

Qeyd edək ki, Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.

1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızı var: Mariya (1985-ci ildə Leninqradda) və Каterina (1986-cı ildə Drezdendə anadan olublar.) Мariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Каterina şərq fakültəsində təhsil alıb (2003-cı ildə qəbul olunublar). 

2013-cü ilin iyunun 6-da Lyudmila ilə boşanması haqqında məlumat yayılıb. 

Putin 2000-ci ildən etibarən Rusiyaya rəhbərlik edir. 2008-ci ildə ikinci dəfə prezident səlahiyyətləri bitdikdən sonra baş nazir olub. 2012-ci ildə yenidən keçirilən prezident seçkilərində qalib gələrək Rusiya prezidenti seçilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR