Yol polisi "Range Rover"dəki ailəni ağır qəzadan xilas etdi – VİDEO

Yol polisi "Range Rover"dəki ailəni ağır qəzadan xilas etdi – VİDEO
11:33 7 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən günorta saatlarında yol polisləri Bakı-Qazax yolunda yol qəzasının qarşısını alıblar.

Bu barədə sürücü Şirin Qasımov özü avtosfer.az-a məlumat verib. O bildirib ki, saat 11.30 radələrində Bakı-Qazax yolunun 240-cı km-də - Borsunlu-Dəlməmmədli yaşayış məntəqəsi ərazisində idarə etdiyi "Range Rover" markalı, 10 UE 040 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən sükan arxasında yuxulayıb. Bu zaman onu 99 YP 889 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan yol polisləri saxlayıblar:

"Mən həyat yoldaşımla birlikdə üzü Qazax rayonu istiqamətində hərəkət edirdim. Özüm də hiss etmədən sükan arxasında mürgüləməyə başlamışam. Yol polisləri arxadan görüblər ki, maşın yolda sağa-sola gedir. Saxlatdılar. Özüm də etiraf etdim ki, sükan arxasında yuxulayırdım. Məni yol polisi postuna dəvət etdilər. "Zazalı postu" kimi tanınan yerə sürdüm. Orada əl-üzümü yumaq üçün yer göstərdilər. Sonra təklif etdilər ki, dincəlmək üçün otaq var. Mən bilmirdim. Orada öyrəndim ki, yol polisi rəhbərliyinin göstərişi ilə sürücülərin yorğun olduğu zaman və yuxulayanda gəlib postlarda dincəlməsi üçün şərait yaradılıb. Mən postda bir az dincələndən sonra polislərə təşəkkür edib yoluma davam etdim. Ən çox qorxduğum o oldu ki, maşında tək deyildim, ailəm də yanımda idi. Bir qəza olsaydı, Allah bilir, nələr olardı. Mən yol polisləri ilə çox münasibətdə olmamışam. Qayda pozmuram, onlar da saxlamırlar. Bu gün gördüm ki, onlar həqiqətən insanların qeydinə qalırlar. Mənə qarşı çox yaxşı davrandılar, həyatımızı xilas etdilər".

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücünü saxlayan yol polisləri Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın 8-ci tağımının əməkdaşları olublar. Təqdim etdiyimiz videodan da göründüyü kimi, "Range Rover" markalı avtomobil yolda ziqzaqvari hərəkət edir. Hətta yoldan kənara çıxaraq toz qaldırır. Onların arxasınca gələn yol polisi əməkdaşları bunu gördükdə sürücünün sükan arxasında yuxuladığını və ya sərxoş olduğunu zənn edərək "saxla" işarəsi verirlər. Bundan sonra avtomobil dayanır və sürücüyə yaxınlaşan inspektor onunla söhbətdən sonra posta dəvət edir. Videoda sürücünün postda əl-üzünü yuduğu, bir qədər dincələndən sonra yoluna davam etdiyi da əksini tapıb.

Elməddin Muradlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Astroloji proqnoz - 27 sentyabr

27 Sentyabr 2017 00:18

Səudiyyə Ərəbistanında qadınlara "YAŞIL İŞIQ" - iLK DƏFƏ

27 Sentyabr 2017 00:18

Paytaxt məktəbinə Kərim Kərimovun adı verildi

27 Sentyabr 2017 00:09

Məsud Bərzani hökuməti bizə xəyanət etdi -

27 Sentyabr 2017 00:04

Giləzidə 196 ədəd partlamamış hərbi sursat aşkar edilib

27 Sentyabr 2017 00:02

Suriyada Rusiyaya məxsus vertolyot vurulub

26 Sentyabr 2017 23:57

Tramp: “Bu, kommunist ölkə üçün dəhşətli olacaq”

26 Sentyabr 2017 23:53

Sosial media cəmiyyəti aldadır - VİDEO

26 Sentyabr 2017 23:43

Səudiyyə Ərəbistanında ilk dəfə qadınların avtomobil sürməsinə icazə verilib

26 Sentyabr 2017 23:42

Moskvada bomba həyəcanı -

26 Sentyabr 2017 23:42

Üzeyir Hacıbəyli festivalı başa çatdı

26 Sentyabr 2017 23:29

“Qarabağ”ın rəqibində yeni müqavilə

26 Sentyabr 2017 23:24

4 otaqlı ev yandı

26 Sentyabr 2017 23:19

Azərbaycan neftinin qiyməti 60 dolları ötdü

26 Sentyabr 2017 23:18

Bakıda yaşlı qadını yük maşını vurub

26 Sentyabr 2017 23:17

İcra Hakimiyyəti küləyin fəsadları barədə -

26 Sentyabr 2017 23:16

Azərbaycan neftinin qiyməti 2015-ci ilin iyulundan ilk dəfə 60 dolları ötdü

26 Sentyabr 2017 23:12

Meksikadan Azərbaycana TƏŞƏKKÜR

26 Sentyabr 2017 22:58

Çilidə 5,1 bal gücündə zəlzələ baş verib

26 Sentyabr 2017 22:57

Dünyanın ən böyük ikinci almazı satılıb -

26 Sentyabr 2017 22:55

Avropa çempionatı: Belarus və Hollandiya voleybolçuları növbəti mərhələyə yüksəlib

26 Sentyabr 2017 22:37

ABŞ və Çindən sonra Rusiya da HAZIRLADI: Daha raketlər lazım OLMAYACAQ - FOTO/VİDEO

26 Sentyabr 2017 22:33

Rusiyanın bombardmançı təyyarələri terror təşkilatlarının mövqelərinə zərbələr endirib

26 Sentyabr 2017 22:33

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

26 Sentyabr 2017 22:22

Türkiyədə bina çökdü - Ölən və yaralanan var

26 Sentyabr 2017 22:18

Referendumun təşkilatçıları əməllərinə görə cavab verəcəklər -

26 Sentyabr 2017 22:15

ABŞ-dan Pxenyana qarşı əlavə sanksiyalar

26 Sentyabr 2017 22:14

İranda "Telegram" messencerinin yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:12

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 22:03

Filippin prezidentini qətlə yetirmək istədilər -

26 Sentyabr 2017 22:00

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

26 Sentyabr 2017 21:53

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 21:50

Türkiyə ordusu İraqla sərhəddə hərbi təlimləri genişləndirib

26 Sentyabr 2017 21:44

İran sərhədlərini gücləndirir

26 Sentyabr 2017 21:38

Meksika təbii fəlakətlə əlaqədar göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib

26 Sentyabr 2017 21:37

Bağdad kürd muxtariyyətinə üç gün vaxt verdi

26 Sentyabr 2017 21:34

Türkiyəli jurnalist Qurban Qurbanova hədiyyə verdi

26 Sentyabr 2017 21:28

Rusiya İraqın ərazi bütövlüyünün tərəfdarıdır -

26 Sentyabr 2017 21:28

Şimali koreyalı futbolçunu ağladan qadağa

26 Sentyabr 2017 21:19

İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi

26 Sentyabr 2017 21:14

Deputat həmkarını iclas zamanı nokauta saldı - FOTO

26 Sentyabr 2017 21:13

BƏƏ mütəxəssisləri Heydər Əliyev hava limanının əməkdaşlarına təlimlər keçir

26 Sentyabr 2017 21:12

"Facebook" rəsmən xəbərdar edildi -

26 Sentyabr 2017 21:10

ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

26 Sentyabr 2017 21:02

Səudiyyə kralından tarixi qərar

26 Sentyabr 2017 20:58

Pentaqon rəhbəri Hindistana səfər edib

26 Sentyabr 2017 20:50

Bakıda pulsuz vayfay olan ərazilər genişləndi - TAM SİYAHI

26 Sentyabr 2017 20:48

Türkiyə XİN başçısı: “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik”

26 Sentyabr 2017 20:47

Bakıda pulsuz "Wi-Fi" olan ərazilər genişləndi -

26 Sentyabr 2017 20:41

İsveçdə tank qatarla toqquşub

26 Sentyabr 2017 20:37