Super Liqada sürpriz ayrılıq

Super Liqada sürpriz ayrılıq
11:37 7 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Super Liqada sürpriz ayrılıq baş verib. Fanat.Az xəbər verir ki, son nətiələri heç də qaneedici olmayan "Antalyaspor"un prezidenti Ali Şafak Öztürk portuqaliyalı baş məşqçi Joze Morais ilə yolları ayırdıqlarını açıqlayıb. 


"Hasan Subaşı"da yerləşən klubun bazasında jurnalistlərə açıqlama verən başqan bunları söyləyib: "Joze Morais ilə yollarımızı ayırmağa qərar verdik. Klubdaxili toplantıda rəhbərlik belə qərara gəlib. Artıq proseslərə başlanılıb, qarşılıqlı görüşmələr davam edir, hamımız üçün xeyirli olsun". 


Rza Çalıbayla bağlı sualı prezident belə cavablayıb: "Yeni baş məşqçimiz bəlli deyil. Müxtəlif namizədlər var, Rza Çalımbay da bunlardan biri". 


Qeyd edək ki, ötən mövsüm komandanın "sükanı" arxasına keçən Moraisin Akdenizdəki fəaliyyəti cəmi 10 ay sürüb. "Antalyaspor" bu mövsüm superliqada keçirdiyi 6 oyunda cəmi 2 xal toplamaqla sonuncu sırada yer alıb. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-super-liqada-surpriz-ayrlq-t53143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR