Vergilər naziri baş idarə rəisinin vəzifəsini dəyişib

Vergilər naziri baş idarə rəisinin vəzifəsini dəyişib
11:37 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib. “Report” xəbər verir ki, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi, III dərəcəli dövlət vergi xidməti müşaviri Zaur İntiqam oğlu Fətizadə vəzifəsindən azad edilib.
Həmin vəzifəni müvəqqəti olaraq vergi xidməti müşaviri Orxan Azad oğlu Musayev icra edir.
Məlumata görə, Z.Fətizadə Nazirliyin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, adıçəkilən idarənin rəisi Əflatun Məmmədov vergilər naziri Fazil Məmmədovun müşaviri təyin edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR