Neymarı al qana boyadılar - FOTOLENT

Neymarı al qana boyadılar - FOTOLENT
11:39 7 Oktyabr 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

 

Braziliya milisinin və İspaniyanın "Barselona" klubunun əsas oyunçularından olan Neymar DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Boliviya ilə oyunda zədələnib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, oyun zamanı Neymar boliviyalı oyunçu Yasmani Dukun dirsək zərbəsinə tuş gəlib. Zərbə nəticəsində ulduz futbolçunun başı partlayıb və oyunun 69-cu dəqiqəsində meydanı tərk edərək, xəstəxanaya aparılıb.  

 

Qeyd edək ki, bu oyun Neymar üçün əlamətdar olub. “Barselona”nın forvardı bu qarşılaşmada yubiley qolunu vurub. “Sambaçılar”ın 5:0 hesablı qələbə qazandığı görüşdə hesabı açan Neymar karyerasındakı qolların sayını 300-ə çatdırıb. 24 yaşlı ulduz Braziliyanın əsas millisində 49, aşağı yaş qrupları üzrə yığmalarında 18, “Barselona”da 95, “Santos”da isə aktivinə 138 top yazdırıb.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR