Bakıda məktəbli qız özünü asdı

Bakıda məktəbli qız özünü asdı
11:42 7 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda daha bir intihar hadisəsi baş verib.

Milli.Az bildirir ki, Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Xocahəsən qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yaşayan, 2001-ci il təvəllüdlü Aygün Qubad qızı Qəniyeva yaşadığı evin pəncərəsindən özünü asaraq öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 
Qeyd edək ki, A. Qəniyeva 6 saylı Laçın şəhər orta məktəbinin 9-cu sinfində oxuyurmuş.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR