Bakıda 34 yaşlı kişi yaşadığı mənzildə bıçaqlanıb

Bakıda 34 yaşlı kişi yaşadığı mənzildə bıçaqlanıb
11:42 7 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakıda 34 yaşlı kişi yaşadığı mənzildə bıçaqlanıb.
"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
1982-ci il təvəllüdlü Şabanov Səxavət İsmayıl oğlu yaşadığı mənzildə naməlum şəxs tərəfindən bir neçə bıçaq zərbəsi alıb.
O, qarın nahiyəsindən aldığı kəsilmiş-deşilmiş yaralarla 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunub.
 Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-34-yasli-kisi-yasadigi-menzilde-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR