Bakıda 34 yaşlı şəxs mənzilində bıçaqlanıb

Bakıda 34 yaşlı şəxs mənzilində bıçaqlanıb
12:12 7 Oktyabr 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 34 yaşlı kişi yaşadığı mənzildə bıçaqlanıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
1982-ci il təvəllüdlü Şabanov Səxavət İsmayıl oğlu yaşadığı mənzildə naməlum şəxs tərəfindən bir neçə bıçaq zərbəsi alıb.
O, qarın nahiyəsindən aldığı kəsilmiş-deşilmiş yaralarla 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunub.
 Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR