Metrodakı gizli şəxsi polis axtarır

Metrodakı gizli şəxsi polis axtarır
12:13 7 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Metro qatarına “İxlas su” şirkətinə məxsus reklam vasitələrinin yapışdırılması ilə bağlı “Bakı Metropoliteni” QSC məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Fakt Bakı Metropolitenində Polis şöbəsi tərəfindən araşdırılır”.

Bu barədə Publika.az-a QSC-nun mətbuat xidmətindən məlumat verilib. Məlumatda vurğulanıb ki, həmin reklam vasitələri vaqon qapısının üst hissəsində yerləşdirilmiş metropoliten xətlərinin sxeminin üzərinə yapışdırılıb. Təbii ki, bu, yolverilməzdir və eyni zamanda dövlət əmlakına zərər vurulması deməkdir.

“Məlum olduğu kimi, 2014-cü ildə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yarandıqdan sonra metroda bütün növ reklam vasitələri yığışdırıldı. Əsas məqsəd metro stansiyalarında, qatarlarda pərakəndəliyi aradan qaldırmaq, qanunsuz, insanların zövqünə, təhlükəsizliyinə maneə yaradan reklam vasitələrini yığışdırmaq idi. Eyni zamanda metro stansiyalarında və qatarlarda təmir-bərpa, yenidənqurma işləri həyata keçirilirdi. Artıq ötən ildən Metro stansiyalarında qanunvericiliyin tələbləri qorunmaqla müasir standartlara cavab verən reklam vasitələrindən istifadə olunur. Görülmüş tədbirlər nəticəsində artıq mertopoliten ərazisində razılaşdırılmamış reklam vasitələrinin yerləşdirilməməsi təmin edilib”-deyə məlumatda bildirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR