Messi karyerasını "Barselona"da başa vurmayacaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalonların ulduz futbolçusu bunu növbəti addımı ilə təsdiqləyib. Belə ki, argentinalı forvard "Barsa"nın təklif etdiyi yeni müqaviləyə xüsusi bənd salınmağını istəyib. Onun müqaviləsinə futbola başladığı "Nyuells Old Boys"da karyerasını başa vurması ilə bağlı maddə əlavə etdirəcəyi bildirilib.
Milli.Az