Qlen Hovard: "ABŞ-da prezident seçkilərində istənilən namizədin qələbəsi Azərbaycan üçün uduşlu olacaq"

Qlen Hovard: "ABŞ-da prezident seçkilərində istənilən namizədin qələbəsi Azərbaycan üçün uduşlu olacaq"
12:27 7 Oktyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "ABŞ-da prezident seçkilərində qələbə qazanacağı təqdirdə Hillari Klinton administrasiyası Donald Tramp administrasiyası ilə müqayisədə daha praqmatik və ideoloji olacaq".
"Report" xəbər verir ki, bunu Ceymstaun Fondunun prezidenti Qlen Hovard "Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər" mövzusunda konfransda deyib.
"Lakin ABŞ-da prezident seçkilərində istənilən namizədin qələbəsi Azərbaycan üçün uduşlu olacaq və ölkənizə Obama administrasiyasının vaxtı ilə müqayisədə daha çox diqqət ayrılacaq. Sadəcə, Klinton və Trampın dünya quruluşuna baxışları fərqlidir", - deyə Q.Hovard bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/qlen-hovard-abs-da-prezident-seckilerinde-istenilen-namizedin-qelebesi-azerbaycan-ucun-uduslu-olac

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR