Eltonun həyat yoldaşı: "Eltonla Günay bir-birlərini başa düşməyiblər" - FOTO

Eltonun həyat yoldaşı: "Eltonla Günay bir-birlərini başa düşməyiblər" - FOTO
12:27 7 Oktyabr 2016
318 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elton Hüseynəliyevin həyat yoldaşı Tamilla Hüseynəliyeva Eltonla Günay İbrahimlinin barışmasına münasibət bildirib.  
 
Tamilla Əliyeva teleqraf.com-a açıqlamasında Günay İbrahimli ilə Elton Hüseynəliyevin küsülülüyə son qoymasını müsbət qarşılayıb: "Günayla heç vaxt küsülü olmamışam. Biz onunla normal, mehribancasına iş birliyimizə son qoymuşuq. Biz ya dostluğumuzu, ya da iş birliyimizi bitirməli idik.

Münasibətimizdə başqa problem olmayıb. İki rəfiqə arasında söz-söhbət ola bilər. Amma Eltonla onlar bir-birini düzgün başa düşməyiblər.  Münasibətlərində soyuqluq var idi, indi hər şey yaxşıdır". 
 
Tamilla Hüseynəliyeva Günay İbrahimli ilə iş birliyinə son qoyduqdan sonra Elton Hüseynəliyev də Günay İbrahimli ilə münasibətinə son qoymuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/476943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR