Elin Süleymanov: "Roma Papasının regiona səfəri əlamətdardır"

Elin Süleymanov: "Roma Papasının regiona səfəri əlamətdardır"
12:32 7 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Qafqazın böyük potensialının inkişafını uzun müddətdir həllini tapmayan Ermənistan-Azərbaycan münaqişəsi sarsıdır".
"Report" xəbər verir ki, bu, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun "Washington Times" nəşrində dərc olunan, Roma Papasının bir müddət əvvəl regiona səfərini şərh etdiyi məqaləsindən bir parçadır.
"Papanın Qafqaza gəlişi istənilən halda əlamətdardır. Onun müasir, dünyəvi müsəlman ölkəsinə gəlişi dərin mənalı mesaj verir. Daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyinin 25 illik dövrü ərzində bu, Papanın ölkəmizə ikinci səfəri olub. Daha əvvəl 2002-ci ildə Papa II İoann Pavel Bakıya səfər etmişdi", - səfir yazıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərin əhəmiyyətini vurğuladığını, onu tarixi adlandırdığını və ölkənin açıqlıq və tolerantlıq ənənələrinə sadiqliyini təsdiqlədiyini xatırladıb.
"İlham Əliyev Azərbaycanın müxtəlif dinlərinə sitayiş edənlərin evi olmasından fəxr etdiyini və Şərqlə Qərb arasında coğrafi və mənəvi körpü rolunu oynadığını bildirib", - məqalədə deyilir.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/elin-suleymanov-roma-papasinin-regiona-seferi-elametdardir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR