"Bank Melli İran"ın Bakı filialında yeni təyinat olub

"Bank Melli İran"ın Bakı filialında yeni təyinat olub
12:37 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Bank Melli İran"ın Bakı filialının rəhbərliyində yeni təyinat olub.
"Report" Bankın saytına istinadən xəbər verir ki, Haşemi Seyidnezan Seyidabbas filialın müdir müavini vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
Hazırda ondan başqa, filialın rəhbərliyində iki nəfər təmsil olunur. Bu, müdir vəzifəsinin müvəqqəti icraçısı Nəcəfimərgənməskən Əsgər Xəlil və müdir müavini Anar Arif oğlu İbrahimovdur.
Xatırladaq ki, "Bank Melli İran"ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 51 433 671 manatdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR