"Azərbaycanla oyunda yeganə hədəfimiz 3 xaldır"

"Azərbaycanla oyunda yeganə hədəfimiz 3 xaldır"
12:47 7 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycanla oyuna yüksək səviyyədə hazırlaşmışıq. Bu prosesdə hər hansı ciddi problemlə üzləşmədik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Finlandiya millisinin baş məşqçisi Tommi Kautonen deyib.

Skandinaviyalı mütəxəssis AÇ-2017-nin seçmə mərhələsinin bu gün Azərbaycan yığmasına qarşı keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb: "Təbii ki, kiçik zədələr istisnadır. Çünki belə hallar həmişə olur. Bizə lazım olan nəticəni qazanmağa köklənmişik. Elə buna görə də tamamilə bu matça konsentrasiya olmuşuq. Yeganə hədəfimiz 3 xaldır. Bu, bizim minimum vəzifəmizdir. Çünki ardınca Rusiya ilə səfər qarşılaşmamız da var ki, orada da uğur qazanmalıyıq. Rusiyaya yüksək əhval-ruhiyyə ilə, qazanılan 3 xalla yollanmaq istəyirik. Arenaya toplaşacaq azarkeşlərin dəstəyi də bizim məqsədə çatmaq üçün çox vacibdir".
 
Qeyd edək ki, Finlandiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR