Azərbaycanlı jurnalistin oğlu özünü güllələdi

Azərbaycanlı jurnalistin oğlu özünü güllələdi
13:56 5 Yanvar 2015
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Televiziyasının Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunun oğlu özünü öldürüb.

ANS PRESS-in məlumatına görə, Azər Məmmədov özünü evdə güllələyib.

Hadisə baş verərkən evdə heç kəs olmayıb. Azər Məmmədov otağa girib və gicgahından atəş açıb. A. Məmmədov hadisə yerində ölüb.

Onun yanında 12 səhifəlik məktub tapılıb. O, məktubunda intiharın dəqiq səbəblərini yazmasa da, yaşamaq istəmədiyini bildirib. Cəmiyyətdən və insanların davranışından narazı olduğunu qeyd edib.

Qeyd edək ki, Azər Məmmədov İstanbul Universitetinin sənaye idarəetməsi fakültəsinin I kursunda oxuyurdu. Onun özünə qapalı adam olduğu bildirilir.

Hazırda hadisə Gürcüstan Prokururluğunda araşdırılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR