Təhsil Nazirliyi məktəbli çantalarının ağır olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib

Təhsil Nazirliyi məktəbli çantalarının ağır olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib
12:57 7 Oktyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Təhsil Nazirliyi məktəbli çantalarının ağır olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
"Report"un xəbərinə görə, jurnalistlərə açıqlama verən təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda ümumtəhsil səviyyəsində tətbiq olunan həftəlik dərs yükü normasının və dərsliklərin beynəlxalq standartlara uyğun şəkildə hazırlandığını deyib.
Nazir müavini qeyd edib ki, Təhsil Nazirliyinin təqdim etdiyi dərsliklər, onların sayı və çəkisi uşaqlar üçün nəzərdə tutulan normadan artıq deyil: "Valideynlər tərəfindən əlavə olaraq çantaya hansısa resurslar alınıb qoyulursa bunu müəyyən hallarda şərh etmək çətindir. Çünki bir çox hallarda bu məsələ qaldırılıb və müzakirə edilib. Ancaq görünür ki, çantalara tələb olunan və olunmayan əlavə resurslar da qoyulur. Yəqin, hər bir valideyn diqqət yetirməlidir ki, çantalara yalnız ehtiyac olunan dərs resursları qoyulsun".

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/tehsil-nazirliyi-mektebli-cantalarinin-agir-olmasi-ile-bagli-seslendirilen-fikirlere-munasibet-bildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR