Arvadını amansızlıqla öldürənə hökm oxundu - 17 il həbs

Arvadını amansızlıqla öldürənə hökm oxundu - 17 il həbs
12:59 7 Oktyabr 2016
112 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün arvadını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Famil Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Famil Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror çıxışında F.Əhmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, F.Əhmədov münaqişə zəminində həyat yoldaşını Ülviyyə Əhmədovanı qətlə yetirib. Ona Cinayət Məcəlləsinin 120-ci( qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR