Abdulbari Goozal: "Neftin ucuzlaşması bir çox ölkələrə ziyan vurub"

Abdulbari Goozal: "Neftin ucuzlaşması bir çox ölkələrə ziyan vurub"
13:02 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "ABŞ pompaları qurub, neftin qiyməti 50-55 dollar olanda düyməni basıb, neft hasil edir. Çünki, qiymət bundan aşağı olanda, sərf etmir". 
"Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə "Azersun Holding"in prezidenti Abdulbari Goozal deyib.
A.Goozalın sözlərinə görə, neftin ucuzlaşması bir çox ölkələrə ziyan vurub: "Neftin də ziyanı var. Onu sata bilməyəndə, sən Avropadan mal çəkə bilmirsən. Mən maraqlanmışam, bu gün Bolqarıstan, Yunaıstan kimi bəzi ölkələrdə minimal əmək haqqı 150 avroya düşüb".
"Azersun" rəhbərinin sözlərinə görə, Holdinqə məxsus tarlalarda becərilən pomidorlar bazarda xüsusi əhəmiyyət kəsb edir: "Bizim Biləsüvarda əkin sahəmiz var və bu gün həmin sahədə 6 min tondan çox pomidor toplanılır".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR