İslamda ölüyə ehsan vermək qadağandır? Ehsan haqqında doğru bildiyimiz yanlışlar...

İslamda ölüyə ehsan vermək qadağandır? Ehsan haqqında doğru bildiyimiz yanlışlar...
13:04 7 Oktyabr 2016
362 Digər
Ölkə mətbuatı
A- A+

Pul xərcləmədən necə ehsan vermək olar? Bilmədiyimiz ehsanlar nələrdir? Ölən üçün süfrə ehsanı verməmək olarmı?

 

“Ehsan dinin bütün ayinlərinə sirayət edən islamın ana təməlidir. Ərəb sözü olub, dilimizə tərcümədə gözəllik, yaxşılıq etmək kimi mənaları verir. Dinimizə görə hər məsələdə, o cümlədən ibadətlərimizdə, namazın özündə belə bir ehsan “qida”sı olmalıdır”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Hacı Fuad Pənahlı "Yaşıl orta"  verilişində deyib. O bildirib ki, cəmiyyətimizdə ehsan haqqında çox az məlumat var: “Adətən ehsan deyiləndə yas mərasimlərində verilən yeməklər yada düşür. Əslində isə bu mövzu kifayət qədər genişdir. Öncə onu qeyd etməliyik ki, ehsan yalnız yeməklə məhdudlaşmır, hər bir şeyi ehsan etmək mümkündür. Elmin, sənətin, hətta bir kəlmə xoş sözün də ehsan savabı var. Kiməsə sözlə mənəvi, psixoloji dəstək oluruqsa, deməli sözümüzlə yaxşılıq etmiş oluruq. Bu da bir ehsandır. Odur ki, pul xərcləmədən, süfrə açmadan da ehsan savabı qazana bilərik. Bunun üçün gündəlik həyatımızda qarşımıza çıxan çox fürsətlər olur”.

 

F.Pənalı qeyd edib ki, əslində ehsanların ən sadəsi yeməkdir: “Bu ən bəsit ehsandır. Kiməsə zərrə qədər xeyir verən bir kəlmə xoş söz süfrəyə düzülən təamlardan daha üstündür. Unutmayaq ki, ehsan həm də gözəllikləri, yaxşılıqları əks etdirməkdir. Din insana  daim ehsan ruhiyyəsində olmağı tövsiyyə edir. İslama görə, insana axirətdə ehsandan, yəni gözəlliklərdən başqa heç nə qalmayacaq.  Odur ki, fürsət düşdükcə daha çox xeyir əməllərə can atmalıyıq. Bu dünyada ehsandan uzaq qalmağa dəyməz”.

 

İlahiyyatçının bildirdiyinə görə, hətta  salamlaşmada da ehsan savabı var: “Ehsan yalnız cibində pul olan, süfrə açmağa imkanı çatan müsəlmanların ibadəti deyil. Birinə məsləhət vermək, nəsihət etmək, doğru yol göstərmək də ehsandır. Müsəlman kimsəyə zərər verməyən, bacardığı qədər ətrafındakı insanlara yaxşılıq edən kəsdir. Bu əsl peyğəmbər əxlaqıdır. “Qurani-Kərim”in bizdən istədiyi müsəlman nümunəsidir”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255880

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR