Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
13:06 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 50-55 % təşkil edəcək.

Oktyabrın 8-9-da Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, iqlim normasından bir qədər yüksək temperatur rejimi və dayanıqlı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR