Təhsil Nazirliyindən məktəbli çantaları ilə bağlı MÜRACİƏT

Təhsil Nazirliyindən məktəbli çantaları ilə bağlı MÜRACİƏT
13:09 7 Oktyabr 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda ümumtəhsil səviyyəsində tətbiq olunan həftəlik dərs yükü norması və dərsliklər beynəlxalq standartlara uyğundur”.

 

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

 

O bildirib ki, təqdim olunan dərsliklər, onların sayı, çəkisi uşaqlar üçün  nəzərdə tutulan normadan artıq deyil. Nazir müavininin sözlərinə görə, valideynlər tərəfindən əlavə olaraq çantaya hansısa resurslar alınıb qoyulursa, bunun şərh  etmək çətindir: "Çünki bir çox hallarda bu məsələ qaldırılıb və müzakirə edilib. Ancaq görünür ki, çantalara tələb olunan və olunmayan əlavə resurslar da qoyulur. Yəqin ki, hər bir valideyn ona diqqət yetirməlidir ki, çantalara yalnız ehtiyac olunan dərs resursları qoyulsun".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR