Yük maşını minik avtomobili ilə toqquşdu: xəsarət alanlar var

Yük maşını minik avtomobili ilə toqquşdu: xəsarət alanlar var
13:12 7 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Əfətli kənd yolunda qeydə alınıb.

"QAZel" markalı yük maşını və "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində yük maşınının aşdığı, dörd nəfərin xəsarət aldığı bildirilir.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.
 
Xəsarət alan şəxslər Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR