Nazirlikdən valideynlərə: "Normadan artıq deyil, özünüz diqqət edin"

Nazirlikdən valideynlərə: "Normadan artıq deyil, özünüz diqqət edin"
13:12 7 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

"Təhsil Nazirliyi tərəfindən şagirdlərə təqdim olunan dərsliklər, onların çəkiləri və sayı uşaqlar üçün nəzərdə tutulan normadan artıq deyil".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda ümumtəhsil səviyyəsində tətbiq olunan həftəlik dərs yükü norması və dərsliklər beynəlxalq standartlara uyğun şəkildədir: "Valideynlər tərəfindən əlavə olaraq çantaya hansısa resurslar alınıb qoyulursa, bunu müəyyən hallarda şərh etmək çətindir. Bir çox hallarda bu məsələ qaldırılıb və müzakirə edilib. Ancaq görünür ki, çantalara tələb olunan və olunmayan əlavə resurslar da qoyulur. Hər bir valideyn diqqət yetirməlidir ki, çantalara yalnız ehtiyac olunan dəsr resursları qoyulsun".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR