Polis tanınmış futbolçunu stadionda həbs etdi - FOTO

Polis tanınmış futbolçunu stadionda həbs etdi - FOTO
13:32 7 Oktyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsinin Cənubi Amerika zonasında keçirilən Ekvador - Çili matçında maraqlı hadisə baş verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, meydan sahiblərinin tanınmış hücumçusu Enner Valensiyanın oyunun gedişində başı polislə bəlaya girib.

Belə ki, alimenti ödəmədiyi üçün haqqında həbs olunma qərarı çıxan Valensiyanı görüşdən əvvəl polislər stadiondan aparmağa çalışıblar. Ancaq məşqçilər korpusu və federasiya rəsmiləri araya girərək, bunu əngəlləyə biliblər.
 
Start heyətində meydana çıxan və komandasının ilk qoluna imza atan 27 yaşlı forvard 82-ci dəqiqədə zədələndiyini işarə edərək, yerdə qalıb. Ancaq sən demə, "Everton"un oyunçusu polisdən yaxa qurtarmaq üçün bu addımı atıb. Təcili tibbi yardım maşını ilə meydançanı tərk edərkən polislər Valensiyanın qaçacağından şübhələnib onu bölməyə aparıblar.
 
Qeyd edək ki, Ekvadorun 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Enner Valensiya 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR