Əfqanıstanda terrorçular bazaya hücum edib, azı 23 nəfər ölüb, 4 nəfər yaralanıb

Əfqanıstanda terrorçular bazaya hücum edib, azı 23 nəfər ölüb, 4 nəfər yaralanıb
13:32 7 Oktyabr 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində hökumətin silahlı qüvvələrinə aid bazaya "Taliban" silahlıları hücum edib.
"Report" "Tolonews"a istinadən xəbər verir ki, Əfqanıstan hərbçiləri hücumun qarşısını alıb.
Məlumata görə, hücumun qarşısının alınması nəticəsində azı 20 terrorçu zərərsizləşdirilib, 3 hərbçi həlak olub, 4-ü yaralanıb.
Mütəxəssislər bildiriblər ki, son zamanlar Əfqanıstanın şərq və cənub əyalətlərində - Loqar, Qəzni, Qəndəhar, eləcə də şimal bölgələri - Kunduz, Cauzcan və Pərvanda terrorçuların mövqelərinin güclənməsi müşahidə edilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/efqanistanda-terrorcular-bazaya-hucum-edib-azi-23-nefer-olub-4-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR