Maşında "narkomağaza" işlədirmiş

Maşında "narkomağaza" işlədirmiş
13:57 5 Yanvar 2015
106 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayon sakininin avtomobilindən külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Masazır qəsəbə sakini Mirzə Manafovun idarə etdiyi “Mercedes” markalı avtomobildən 1 kiloqram heroin, 3 kiloqram tiryək və 2 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/317314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR