"Azərbaycanın qlobal və regional arenada rolu" mövzusunda beynəlxalq konfrans işə başlayıb - FOTO

"Azərbaycanın qlobal və regional arenada rolu" mövzusunda beynəlxalq konfrans işə başlayıb - FOTO
14:17 7 Oktyabr 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr edilmiş "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq ekspertlər və digər qonaqlar iştirak ediblər.

Konfrans çərçivəsində "Azərbaycan qlobal arenada: Nailiyyətlər və çağırışlar" sessiyası keçirilib. Sessiyada çıxış edən Macarıstan Xarici Məsələlər və Ticarət İnstitutunun direktor müavini Laszlo Vasa bildirib ki, Azərbaycan müstəqillik illərində xeyli inkişaf yolu keçib. O, Azərbaycanın Avropa üçün mühüm ölkə olduğunu diqqətə çatdırıb: "Hazırda Azərbaycan islahatlar həyata keçirməyə, qeyri-neft sektorunda investisiyalara daha münbit şərait yaratmağa çalışır".

L.Vasa bildirib ki, Azərbaycan nəqliyyat sahəsində həm region, həm də dünya üçün mühüm layihələr həyata keçirir: "Bunun üçün Azərbaycanın əlverişli coğrafi mövqeyi var. Azərbaycanın böyük investisiya imkanları var, SOCAR xarici investisiya sahəsində böyük oyunçudur".

Sessiyada çıxış edən Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Azərbaycan müstəqillik illərində qarşısına qoyduğu hədəflərə çatıb. O bildirib ki, Azərbaycan neft və qaz resursları hesabına böyük maliyyə axını ilə sosial problemlərin həllini təmin edib: "Azərbaycana transmilli şirkətlərin gəlişi, neft və qaz sektoru üçün müasir texnologiyalar gətirilib. Biz Azərbaycana həsəd aparırıq. Azərbaycanın ixracatçı və idxalatçı ölkələrlə çox gözəl münasibətləri var".

Daha sonra sessiyada çıxış edən ABŞ-ın Ceymstaun Fondunun prezidenti Qlen Hovard Azərbaycanın ABŞ üçün önəmli ölkə olduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan bir çox sahələrdə islahatlar aparıb və qarısına qoyduğu məqsədlərə nail olub.

Sessiyada çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov isə deyib ki, Azərbaycan müstəqillik qazanandan sonra qarşısında duran əsas məsələlərdən biri dövlətçiliyin gücləndirilməsi və güclü ordunun yaradılması idi.

O qeyd edib ki, Azərbaycanın xarici siyasəti qarşılıqlı faydalı maraqlara əsaslanır: "Azərbaycanın çoxvektorlu xarici siyasəti sağlam əməkdaşlığı nəzərdə tutur. Azərbaycan çoxvektorlou xarici siyasəti ilə dünyanın bir çox dövlətləri ilə bərabərhüquqlu münasibətlər qurmasına və özünü təhdidlərdən qorumasına zəmin yaradıb".

F.Məmmədov bildirib ki, Azərbaycan həm də türkdilli dövlətdir və təsadüfi deyil ki, Türk Şurasının yaradılmasının təşəbbüskarıdır: "Azərbaycan 1991-ci ildən İslam Əməkdaşıq Təşkilatının üzvüdür. Ölkəmiz MDB-də də təmsil olunur. Azərbaycan Ermənistan istisna ilə, MDB ölkələr ilə qarşılıqlı əlaqələri inkişaf etdirir. Prezident İlham Əliyev deyib ki, Azərbaycan xalqı öz gələcəyini özü müəyyən edir".

Milli.Az























Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR