Yerlan Karin: "Qazaxıstan Azərbaycandakı islahatlar və dəyişikliklər təcrübəsini öyrənir"

Yerlan Karin: "Qazaxıstan Azərbaycandakı islahatlar və dəyişikliklər təcrübəsini öyrənir"
14:27 7 Oktyabr 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Azərbaycan müstəqilliyinin 25 illiyini fəal, dünyada tanınan və trendləri müəyyənləşdirən ölkə kimi qeyd edir".
"Report" xəbər verir ki, bu sözləri Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun rəhbəri Yerlan Karin Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş konfransda deyib.
O, Qazaxıstanın bir çox sahələrdə diqqətini Azərbaycana yönəltdiyini, onun təcrübəsindən yararlandığını bildirib.
SAİ-nin rəhbərinin sözlərinə görə, Azərbaycan mədəniyyətini qorumaqla yanaşı, müasirləşmə baxımından irəliyə doğru sıçrayış edə bildiyindən unikal ölkədir: "Heç də bütün ölkələr bu iki amilin balansını saxlaya bilmir".
Y.Karin çıxışında Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərə də toxunub. O, yalnız bu ilin ilk 8 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsinin 40% yüksəldiyini, Azərbaycandan Qazaxıstana ixracın artdığını bildirib: "Bu statistikanın arxasında iki ölkənin ekspertlərinin və nazirliklərinin böyük işi dayanır. Aramızda daim məsləhətləşmələr aparılır. Birgə səylərlə birgə layihələri həyata keçirə biləcəyimizə ümid edirik".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/yerlan-karin-qazaxistan-azerbaycandaki-islahatlar-ve-deyisiklikler-tecrubesini-oyrenir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR