Azərbaycanda manat depozitləri bahalaşıb

Azərbaycanda manat depozitləri bahalaşıb
14:37 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi avqust ayında qarışıq tendensiya göstərib. 
"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə manat əmanət və depozitlər üzrə orta faiz dərəcəsi iyul ayı ilə müqayisədə 0,84 bənd artaraq 8,55% təşkil edib. Xarici valyutada əmanət və depozitlər üzrə isə orta faiz dərəcəsi avqustda 0,17 bənd azalaraq 5,42%-ə enib.
Kommerisya bankları tərəfindən avqust ayında verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyutada müvafiq olaraq illik 12,28% və 10,21% təşkil edib. Xatırladaq ki, avqust ayının 1-nə bu göstəricilər manatda 12,37%, xarici valyutada isə 10,30% olub.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-manat-depozitleri-bahalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR