"Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər"

"Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər"
14:57 7 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

"Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərə bilər". Trend-in məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Ali Resul Usul Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda müzakirələr zamanı söyləyib.

Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsinə toxunan A.R.Usul bildirib ki, Rusiya təyyarəsi vurulandan sonra belə Rusiya və Türkiyə arasında diplomatik əlaqələr dayandırılmadı: "Türkiyənin Rusiyadakı, Rusiyanın Türkiyədəki səfirləri geri çağırılmadılar. Rusiyanın Türkiyəyə, Türkiyənin Rusiyaya ehtiyacı var".

O qeyd edib ki, Rusiya və Türkiyə arasında müəyyən məsələlərlə bağlı fikir ayrılıqları olduğu sirr deyil: "Məsələn, Suriya, Ukrayna məsələsində mövqelərimizin fərqli olduğu, anlaşa bilmədiyimiz sirr deyil. Ancaq hər iki ölkənin bir-birinə ehtiyacı var".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/477084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR