"Unibank"a yeni səhmdarlar gələ bilər

"Unibank"a yeni səhmdarlar gələ bilər
14:57 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Unibank" ASC-nin nizamnamə kapitalını 55 mln. manat artırmaq üçün dövriyyəyə buraxacağı yeni səhmlərin heç də hamısını Bankın mövcud səhmdarları almayacaq.
"Report"un əldə etdiyi məlumata görə, səhmlərin 35 mln. manatlıq hissəsini "Unibank"ın indiki sahibləri almaq istəyir. Qalan 20 mln. manatlıq səhm isə kənar investorlara təklif olunacaq. Əgər yeni səhmlərə sahib çıxmaq istəyən olmasa, Bankın kapital artımı 35 mln. manatla yekunlaşacaq.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qeydə aldığı səhm emissiyasına görə, dövriyyəyə hər birinin nominal dəyəri 2,72 manat olan 20 220 589 adi sənədsiz səhmin buraxılması nəzərdə tutulur. Emissiya tam baş tutarsa, "Unibank"ın nizamnamə kapitalı 78% artaraq 70 565 232 manatdan 125 565 234 yüksələcək.
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 2,72 manat olan 20 796 000 adi və 5 147 100 imtiyazlı səhmi var. Səhmlərin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 15,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 8,33%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 15,2%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/unibank-a-yeni-sehmdarlar-gele-biler1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR