Nardaranda narkotik becərən şəxsə cəza verildi

Nardaranda narkotik becərən şəxsə cəza verildi
15:19 7 Oktyabr 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda narkotik vasitələrin yetişdirilməsində təqsirləndirilən Məmmədəli Sədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

 

Hakimlər kollegiyasının hökmünə əsasən M. Sədullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata bildirilir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində olan bağ evlərinin birində bağban işləyən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məhəmmədəli Sədullayevin həmin evin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi 168 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

 

 

M. Sədullayev Cinayət Məcəlləsinin 237-ci (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işi açılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR