Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalının proqramı açıqlanıb

Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalının proqramı açıqlanıb
15:32 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakıda oktyabrın 22-30-da Beynəlxalq Caz Festivalı keçiriləcək.
Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Mədəniyyət Fondunun keçirəcəyi festivalda Braziliya, Gürcüstan, İsveç, İspaniya, Fransa, Avstriya, Türkiyə, İtaliya, Norveç, Niderland, Almaniya, Macarıstan, Litva, Yaponiya və Kolumbiyadan olan məşhur musiqiçilərin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, festivalının açılışı oktyabrın 22-də saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində Qabriel Qrossi Kvartetinin konserti (Braziliya) ilə baş tutacaq.
Festivalın proqramı ilə bu link vasitəsilə tanış ola bilərsiniz:

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/bakida-kecirilecek-beynelxalq-caz-festivalinin-proqrami-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR