ABŞ-da rus casusları tutuldular

ABŞ-da rus casusları tutuldular
15:37 7 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ polisi Denver şəhərində Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən iki şəxsi saxlayıb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, saxlanılan şəxslər 27 yaşlı Aleksey Barışev və 33 yaşlı Dmitri Karpenkodur. Onlar Rusiya vətəndaşlarıdır. 

ABŞ prokurorluğunun məlumatına görə, bu şəxslər lisenziyalaşdırma sistemindən keçməməklə texnoloji olaraq ən yeni mikroelektronikanı ABŞ istehsalçılarından və tədarükçülərindən alaraq Rusiyaya idxal etməyə çalışıb.

Rusiya prezidenti Vladimir Putinin mətbuat köməkçisi Dmitri Peskov xəbəri şərh eləməkdən imtina etdi. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR