İndi ev tikmək daha da asanlaşır

İndi ev tikmək daha da asanlaşır
16:17 7 Oktyabr 2016
182 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi üçün müvafiq icra hakimiyyəti orqanlarının sifarişçiyə cavab vermə müddəti qısaldılır.

Milli.Az bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə yeni dəyişikliyin edilməsi nəzərdə tutulur.

Yeni dəyişikliyə görə, sifarişçinin tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə verdiyi məlumata müvafiq icra orqanından daha qısa zaman ərzində cavab tələb olunacaq. Başqa sözlə, müvafiq icra hakimiyyəti orqanları üçün layihəyə cavab vermə müddəti qısaldılır.

Layihəyə görə, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Bu zaman tələblərə uyğunluğunun yoxlanılması məqsədilə həmin obyektlərin layihəsinin baş planını, habelə torpaq üzərində olan mülkiyyət, icazə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini icra orqanına təqdim edir.

Yeni layihədə təklif edilir ki, müvafiq orqanlar mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi üçün 10 gün müddətində (hazırda 1 ay) layihəyə dair iradlarını sifarişçiyə təqdim etməzsə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda isə onlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

Layihəyə görə, müvafiq orqanlar insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin sayı 3 metrdən, ümumi sahəsi 1400 kvadrat metrdən və tikinti sahəsi 1000 kvadrat metrdən çox olmayan tikinti obyektlərinin inşası üçün baş ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 aya layihəyə dair iradlarını sifarişçiyə təqdim etməlidir. Hazırda isə belə obyektlərin inşası üçün ümumilikdə 1 ay müddətində iradlar təqdim edilmədikdə sifarişçi tikinti işlərinə başlaya bilər.

Yeni layihədə məcəlləyə əlavənin edilməsi də təklif edilir. Həmin əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanı qeyd edilən müddət bitdiyi vaxtdan 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət Reyestrinə təqdim etməlidir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirilir.

Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin inşası başa çatdıqdan sonra sifarişçi bu barədə müvafiq icra hakimiyyəti orqanına ya poçtla, ya da bilavasitə özü məlumat təqdim edir.

Barəsində məlumatlandırma icraatı tətbiq olunan tikinti obyektlərinin inşasına icazənin alınması tələb olunmur. Yuxarıda qeyd edilən obyektlərin tikintisi üçün də məlumatlandırma icraatı həyata keçirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Salyanda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb

23 Sentyabr 2017 22:17

Üz quruluşu belə olan şəxslə evlənməyin

23 Sentyabr 2017 22:17

Türkiyə İraqda ordudan istifadəyə dair mandatı uzatdı

23 Sentyabr 2017 22:14

"Roma" Bakıya qələbə ilə gəlir

23 Sentyabr 2017 22:13

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilib

23 Sentyabr 2017 22:07

Artur Rasi-zadənin həyat yoldaşı vəfat etdi

23 Sentyabr 2017 22:04

Hacıqabulda avtomobil piyadanı vurub

23 Sentyabr 2017 22:02

Qubada dəhşətli hadisə

23 Sentyabr 2017 22:01

Xudatda QƏTL: 54 yaşlı kişini daşla öldürdü

23 Sentyabr 2017 21:58

Meksikada zəlzələ qurbanlarının sayı 305 nəfərə çatıb

23 Sentyabr 2017 21:52

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü keçirilir

23 Sentyabr 2017 21:46

ABŞ-da silahlı insident

23 Sentyabr 2017 21:31

İngiltərə Premyer Liqası: "Çelsi" "Stok Siti"yə böyük hesabla qalib gəlib

23 Sentyabr 2017 21:27

Məmmədyarov-Nalbandyan görüşü başladı

23 Sentyabr 2017 21:24

KURYOZ: Mühafizəçi oyunu unutdu, telefonla danışa-danışa meydana girdi - VİDEO

23 Sentyabr 2017 21:23

Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

23 Sentyabr 2017 21:22

Bakıda 3 otaqlı evdə yanğın olub

23 Sentyabr 2017 21:20

Zəlzələ nəticəsində ölənlərin sayı 295-ə yüksəlib

23 Sentyabr 2017 21:08

BELƏSİ OLMAMIŞDI: 5 yaşlı uşaq maşını qaçırdı və qəza törətdi

23 Sentyabr 2017 21:03

59 yaşlı aşpaz 16 yaşlı qıza təcavüz etdi

23 Sentyabr 2017 20:52

Mətbuat Şurası mitinqdə monitorinq apardı

23 Sentyabr 2017 20:48

ABŞ-da iki polis zabiti güllələnib

23 Sentyabr 2017 20:47

DİQQƏT: bu qidalar kişilərdə sonsuzluğa səbəb olur

23 Sentyabr 2017 20:41

Daşla həmyerlisini öldürdü

23 Sentyabr 2017 20:39

DİN-in əməkdaşları mükafatlandırıldı

23 Sentyabr 2017 20:33

"Qarabağ"ın rəqibi futbol üzrə İtaliya A Seriyasının VI tur matçında qələbə qazanıb

23 Sentyabr 2017 20:32

"Səbail" "Kəpəz"i məğlub etdi

23 Sentyabr 2017 20:28

Türkiyədə derbi ərəfəsində 30 azarkeş həbs olundu

23 Sentyabr 2017 20:18

Samir Əliyev: "Rumıniyalı hücumçu transfer etdik"

23 Sentyabr 2017 20:17

"Mitinqdə KİV nümayəndələrinin hərəkətlərinə və vəzifələrini icrasına maneə olmayıb"

23 Sentyabr 2017 20:17

Voleybolçu qadınlar arasında Avropa çempionatı: Çexiya - Belçika 3:1

23 Sentyabr 2017 20:12

MŞ mitinqdə monitorinq aparıb

23 Sentyabr 2017 20:09

Prezidentdən “dördgünlük müharibə” XƏBƏRDARLIĞI, İrəvandan YALVARIŞ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

23 Sentyabr 2017 20:03

Şəmkirdə yanğın olub

23 Sentyabr 2017 20:01

Şahin Diniyev: "Gərək oyun olsun ki, futboldan danışasan"

23 Sentyabr 2017 19:57

Premyer Liqada ikinci qələbə sevinci

23 Sentyabr 2017 19:48

Poker ustasının dəbdəbəli malikanəsi: gözəl qızlar, silahlar...

23 Sentyabr 2017 19:48

Mətbuat Şurası: "Mitinqdə KİV nümayəndələrinin hərəkətlərinə və vəzifələrini icra etmələrinə maneə olmayıb"

23 Sentyabr 2017 19:47

Qaxda mikroavtobus yandı

23 Sentyabr 2017 19:33

"Səbail" Azərbaycan Premyer Liqasında ikinci qələbəsini qazanıb

23 Sentyabr 2017 19:32

BŞBPİ "Milli Şura"nın mitinqi ilə bağlı

23 Sentyabr 2017 19:32

Çexiyada paraşütlə tullanan desantçı insanların üzərinə düşüb

23 Sentyabr 2017 19:27

"Qarabağ"ın rəqibindən inamlı qələbə

23 Sentyabr 2017 19:26

“Xristian dövləti”nin lideri həbs olundu - FOTO

23 Sentyabr 2017 19:23

“Mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib”

23 Sentyabr 2017 19:12

İŞİD bayrağından daha yaxşı bayraq və Əli Kərimlidən SÖYÜŞ QONAQLIĞI

23 Sentyabr 2017 19:03

Sarımsaqla cəfərini qarışdırıb yeyin

23 Sentyabr 2017 19:00

Patrik Riçard: "Azərbaycanın qadın voleybolçularının Avropa çempionatında layiqli yer tutacağına inanıram"

23 Sentyabr 2017 18:57

Siyavuş Novruzov: “Mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib”

23 Sentyabr 2017 18:48

Meksikada növbəti güclü zəlzələ baş verdi

23 Sentyabr 2017 18:45