Saakaşvili Gürcüstan Silahlı Qüvvələrinə müraciət etdi

Saakaşvili Gürcüstan Silahlı Qüvvələrinə müraciət etdi
16:32 7 Oktyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili video-müraciətində ölkənin Silahlı Qüvvələri və polisə müraciət ünvanlayıb.

Milli.Az bu barədə azvision.az-a istinadən xəbər verir. 

"Hər bir dövlət aparatının əməkdaşına müraciət edirəm ki, onlar üçün heç bir təhlükə yoxdur. Mən bizim dövlət institutumuzla fəxr edirəm. Əgər Gürcüstan son 20 ildə müstəqil olubsa, bu, sizin xidmətinizdir. Həmçinin, Gürcüstan Silahlı Qüvvələri və polis nümayəndələrinə də müraciət etmək istəyirəm. Mən sizin hər birinizlə fəxr edirəm və siz Gürcüstan dövlətinə xidmət etməyi davam etdirməli, gürcü xalqı ilə birgə olmalısınız", - deyə Saakaşvili vurğulayıb. 

Sabiq prezident, eyni zamanda, indiki hakimiyyətə də müraciət edərək, onları heç nədən qorxmamağa çağırıb: "Hazırkı hakimiyyət və sabahkı siyasi müxalifətə demək istəyirəm ki, sizdə heç nədən qorxmamalısınız. Bizim məqsədimiz keçmişə baxmaq, kimisə təqib etmək deyil. Bizim sizə cavabımız sürətli inkişaf və çiçəklənmə olacaq". 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR