Bakıda 40 yaşlı kişi hücuma məruz qalıb

Bakıda 40 yaşlı kişi hücuma məruz qalıb
16:57 7 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakıda 40 yaşlı kişi hücuma məruz qalıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Yavər Əliyev küçəsində qeydə alınıb.
Bakı şəhər sakini 1976-ci il təvəllüdlü Namiq Qəhrəmanova naməlum şəxs zor tətbiq edərək 600 manat pul və mobil telefonunu əlindən alıb. Daha sonra naməlum şəxs ərazidən qaçıb. Hüquq mühafizə orqanının əməkdaşları həmin şəxsin kimliyini müəyyən edə bilib. Məlum olub ki, soyğunçuluq edən şəxs əvəllər məhkum olunan Bakı şəhər sakini 26 yaşlı Arzu Əliyevdir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları A.Əliyevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində araşdırma işlərinə başlayıb

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-40-yasli-kisi-hucuma-meruz-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR