Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
16:57 7 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbinə Yarəhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Yarəhmədova 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Yarəhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub. O, əvvəllər də məhkumluq həyatı yaşayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR