Azərbaycan Prezidenti: "Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik"

Azərbaycan Prezidenti: "Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik"
17:22 7 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Bu il aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə etmişdir".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib. 
Dövlət başçısı deyib ki, aprel döyüşləri tariximizin şanlı səhifəsidir: "Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR