“Kazan düsturu” alınmadı, Putin yeni plan hazırlayır – Qarabağda ABŞ-a zərbə

“Kazan düsturu” alınmadı, Putin yeni plan hazırlayır – Qarabağda ABŞ-a zərbə
17:23 7 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Rusiya Qarabağ münaqişəsi ilə bağlı yeni planlar hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “lragir” saytı həyəcanla yazıb.

Sayt yazır ki, Con Kerrinin Qarabağla bağlı açıqlaması ABŞ-ın mövcud status-kvonu tanımağa çağırışı kimi qəbul edilməlidir.

“Bu, Azərbaycanda və Rusiyada ciddi narazılığa səbəb oldu. Rusiya Suriyada çətin vəziyyətə düşüb. Moskva hətta “nüvə şantajına” gedir. Rusiya qlobal güclər klubuna qayıtmaq istəyir. Lakin ABŞ inadla buna qarşı çıxır. Görünür, Rusiya Qarabağ vasitəsilə qlobal kluba girmək niyyətindədir. Buna paralel olaraq, rusiyalı politoloqlar ərazilərin Azərbaycana qaytarılması ilə bağlı fikirləri yenidən gündəmə gətirməyə başlayıblar. Rusiya mediası da yazır ki, Qarabağı Azərbaycana qaytarmağa hazırlaşırlar. Bu, faktiki olaraq Rusiya-Azərbaycan əməkdaşlığıdır və Ermənistan burada məğlub tərəfdir”, - deyə məqalədə təşvişlə vurğulanır.

Qeyd edək ki, Kremlə yaxın politoloq Sergey Markov bu gün verdiyi açıqlamada Qarabağ münaqişəsinin bu il həll olunacağını, lakin bunun baş tutmadığını bildirib.

“Kazan düsturu” əsasında işğal altındakı ərazilərin bir qismi qaytarılacaqdı. Əvəzində Ermənistan blokadadan çıxacaqdı. Lakin təəssüf ki, bu baş tutmadı”, - deyə o qeyd edib.

Görünür, bu planların baş tutmadığını görən Rusiya yeni variantlar üzərində düşünür. Çünki Qarabağ məsələsində təşəbbüsün ABŞ-a keçməsi rusların Qafqazı itirməsi ilə nəticələnə bilər. Rusiya anlayır ki, münaqişəni müəyyən qədər həll etmək bölgədə onun maraqlarına uyğundur. Söhbət ilkin mərhələdə işğal altındakı ərazilərin qaytarılmasından gedə bilər. İndiki situasiyada bu, Azərbaycanın xeyrinədir. Bu baxımdan, ermənilərin təşvişi də təəccüblü deyil.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR