Ağdamda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Ağdamda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb
17:37 7 Oktyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un məlumatına görə, hadisə rayonun Əfətli kəndinin ərazisində qeydə alınıb. 
Belə ki, “VAZ-2106” markalı avtomobillə “Qazel” markalı yük maşını toqquşub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Deformasiyaya uğramış yük maşınında qalan sürücü xilas edilərək xəstəxanaya çatdırılıb. Minik avtomobilinin sürücüsü və iki sərnişini də müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 
Kürdəmir rayon sakini, 57 yaşlı Elxan Məmmədovun və Ağdam rayon sakini Nemət Əliyevin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Digər iki xəsarət alan şəxs isə vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 




Xəbərin orijinal ünvanı: http://report.az/hadise/agdamda-agir-yol-qezasi-bas-verib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR