Rusiya və keçmiş SSRİ-nin tanınmış aktrisası vəfat edib

Rusiya və keçmiş SSRİ-nin tanınmış aktrisası vəfat edib
18:07 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Rusiya və keçmiş SSRİ-nin tanınmış aktrisası Lyudmila İvanova 83 yaşında vəfat edib.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, o, oktyabrın 7-də Moskva şəhər xəstəxanasında dünyasını dəyişib.
"1933-cü ildə anadan olan İvanova Lyudmila İvanovna sentyabrın 29-da xəstəxana yerləşdirlib. O, reanimasiya şöbəsiində vəfat edib" - hospitaldan bildirilib.
Qeyd edək ki, Rusiyanın xalq artisti kinosevərlərin yadında daha çox "İşdə məhəbbət macərası" filmindəki Şura rolu ilə  qalıb. O, 80-dən çox filmdə müxtəlif səpkili rollar oynayıb. "Ən cazibədar və cəlbedici", " Petrov və Vasechkinin macəraları", "Yuxuda və kerçəklikdə uçuş" və s. filmlərini buna nümunə göstərmək olar. 


Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/rusiya-ve-kecmis-ssri-nin-taninmis-aktrisasi-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR