Fahişəlikdən narkobaronluğa gedən "xaç anası" - 2 ərini, 3 oğlunu... - FOTO

Fahişəlikdən narkobaronluğa gedən "xaç anası" - 2 ərini, 3 oğlunu... - FOTO
18:12 7 Oktyabr 2016
131 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyalı narkobaron qadın Qrizelda Blanko dünyada ilk kokain milyarderi olub. 

Narkobiznes sahəsində ən təhlükəli simalardan biri kimi tanınan qadının qəddarlığı haqqında əfsanələr dolaşıb. Blanko Qrizeldanı kokainin xaç anası və bütün zamanların ən amansız narkobaronu adlandırırdılar. Onun hesabında təxminən 200 qətl var. Lakin hüquq-mühafizə orqanları qadının yalnız qaçaqmalçılıq və narkotik alverinə aidiyyətini sübut edə biliblər.

Mili.Az aznews.az-a istinadən kolumbiyalı Qrizelda Blankonun həyat hekayətini təqdim edir:

Qərb mətbuatı Blankonu "kokainin xaç anası" adlandırıb. O, 1970-80-ci illərdə Mayamidə kokain alverində ən əsas fiqurlardan biri olub. 

Hətta kişi narkobiznesində onun amansız iş adamı reputasiyası olub. "Business Insider"in məlumatına görə, onun var-dövləti 2 milyard dollara yaxınlaşıb. 

Qrizalda Blanko 1943-cü ildə Kolumbiyada anadan olub. Uşaq yaşlarından o, cinayətə meylliliyi ilə seçilib. 

Müxtəlif mənbələrdən verilən məlumata görə, Qrizelda 11 yaşı olanda pul qarşılığında varlı ailənin uşağının oğurlanmasında iştirak edib. Sonda uşaq güllələnib. 

14 yaşı olanda qız evdən qaçıb. Bir müddət Qrizelda fahişəliklə məşğul olub. 

20 yaşında Blanko Karlos Truxiloya ərə gedib. 

Bu, Qrizeldanın ilk ailəsi olub. Bu evlilikdən onun 3 oğlu dünyaya gəlib. Lakin ləyaqətli ana və evdar xanım obrazı onu qane etməyib. 

Lakin ləyaqətli ana və evdar xanım obrazı onu qane etməyib. 

1970-ci illərdə Blanko ikinci əriylə birlikdə ABŞ-a köçüb və narkotik alveri ilə məşğul olub. 

Blanko ümumilikdə 3 dəfə ailə qurub. Onun ərlərindən hər 3-ü narkotik alveri və qaçaqmalçılıqla məşğul olub və ölüb. Buna görə də Blanko "qara dul" adı daşıyıb. Lakin Blankonun sözlərinə görə, ikinci ərini o, özü ağzına açdığı güllə ilə öldürüb. 

Blanko daimi kabuslardan əziyyət çəkib. O, iddia edirdi ki, öldürdüyü adamların ruhları onu təqib edirlər və buna görə də o, yanında kişi olmadan yata bilmir. Blanko biseksual olduğunu da heç vaxt gizlətməyib. 

Onun narkofəaliyyəti 7 kiloqram kokainlə başlayıb. Bu miqdarda narkotiki Blanko alt paltarında Kolumbiyadan ABŞ-a gətirib. 

Qazanılan pul ona az görünüb. Xanımın məqsədləri genişmiqyaslı olub: daha çox qazanmaq və kokaini elit narkotik etmək.

Tezliklə Mayaminin gecə məkanlarında yeni bahalı narkotik satmağa başlayıblar. Və çox keçmədən bu, dəbə çevrilib. 

1970-ci illərin sonlarında Blanko Mayamidə "kokain kovboylarının müharibəsində" iştirak edib. Nəticədə kokain marixuananı qara bazardan çıxarıb. 

Bundan sonra ABŞ-da əsl kokain epidemiyası başlayıb. 

"The Guardian"ın məlumatına görə, onun distributor şəbəkəsi onlarla milyon dollar edirdi və hər ay təxminən 1500 kq kokain daşıyırdı. 

Artıq o dövrdə Qrizeldanın ona mane olan hər kəsi aradan götürən qəddar narkobaron reputasiyası olub. 

1984-cü ildə Qrizeldaya qarşı bir neçə sui-qəsd təşkil olunub. Buna görə də Blanko Koliforniyaya köçmək məcburiyyətində qalıb. Bir il sonra o burada həbs olunub. 
Qaçaqmalçılığa görə 20 il həbs cəzası alan Qrizelda həbsxanada da narkobizneslə məşğul olmağa davam edib. 

"The Guardian" yazır ki, Blanko Floridada 40-dan 200-ə kimi qətldə ittiham olunub. Lakin qadın məhkəmədəki texniki səhv səbəbiylə edam hökmündən yayına bilib. Belə ki, onun əleyhinə şahidlik edən zabit nüfuzdan düşüb. Buna səbəb isə zabitin ittihamçının ofisində katibə ilə intim danışığının ortaya çıxması olub. 

2004-cü ildə Qrizeldo Blanko azadlığa çıxıb və Kolumbiyaya deportasiya olunub. Burada o, yenidən öz işinə davam edib. 

Nə 2 ərinin və 4 oğlundan 3-nün atışmalarda ölməsi, nə də ünvanına gələn çoxsaylı hədələr onu dayandırmaq gücündə olmayıb. 

Blankonun yeganə sağ qalan övladı Maykl Korleone Blankodur. O, oğlunu tanınmış film personajı Frensis Ford Koppolın şərəfinə adlandırıb. 

Yeri gəlmişkən, 2012-ci ildə Maykl Blanko isə kokain alveri və kokain daşınması sövdələşməsində şübhəli bilinərək ev həbsinə məhkum edilib. 

Qrizeldo Blanko çox sayda narkotik qaçaqmalçılığı marşrutları hazırlayıb, kokaini həm böyük partiyalarla, həm də pərakəndə satıb. 

O hətta narkotik daşınması üçün xüsusi gizli cibləri olan alt paltarları satılan mağaza da açıb. 

1985-ci ildə Kaliforniyada həbs olunana qədər "xaç anası" Eskobar və Oçao qardaşları ilə bir sırada ən təhlükəli narkotik alverçiləri siyahısında yer alıb. 

Şəkildə: Pablo Eskobar (solda) və Oçaf Vaskes Xorxe Luis (papaqda) 17 il məşhur Medelin kokain kartelinə rəhbərlik ediblər. 

Amma onu çoxlarını düçar etdiyi şəkildə ölüm gözləyirmiş. 2012-ci il sentyabrın 3-də küçədə ət dükanından çıxan 69 yaşlı narkobaron 2 motosikletçi tərəfindən güllələnib.

Blankonun özünün dəstəsində məhz belə qətl üsulu - ictimai yerdə motosikletdə olan killerlər üsulu tətbiq edilirdi.

2 güllə onun başına tuş gəlib və kokainin xaç anası yerindəcə keçinib. Polisləri isə sadəcə bu qədər çox düşməni olmasına rəğmən, narkobaronun niyə bu qədər gec öldürüldüyü təəccübləndirib. 

Qrizelda Blanko yüz ilin ən qəddar qatili və dünyanın ən uğurlu narkotik alverçilərindən biri kimi tarixə düşüb. 

Hollivud da təbii ki, bu qədər zəngin bir tarixçənin kəndarından keçə bilməzdi. 2015-ci ilin əvvəllərində norveçli rejissor Eva Sonhaug tərəfindən "Xaç anası"nın (The Godmother) çəkilişləri başlayıb.

Narkobaron Qrizelda Blankonunn rolunu isə məşhur şotland aktrisa Ketrin Zeta-Cons canlandırıb. 

Milli.Az




































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Millimizin forvardı dubl etdi

21 Sentyabr 2017 07:27

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 07:23

Tramp İranla bağlı qərarını gizli saxlayır

21 Sentyabr 2017 07:04

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 06:58

Abşeron rayonunda orta yaşlı kişi bıçaqlanıb

21 Sentyabr 2017 06:57

Cənubi Koreya KXDR-ə əl uzatdı

21 Sentyabr 2017 06:44

Rusiyada zəlzələ olub

21 Sentyabr 2017 06:37

FED ABŞ iqtisadiyyatında artım proqnozunu yüksəldib

21 Sentyabr 2017 06:28

Sabah paytaxtda 35, bəzi bölgələrdə 37 dərəcə isti olacaq

21 Sentyabr 2017 06:03

Bakıda ahıl kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

21 Sentyabr 2017 05:57

Altsheymer xəstələrinin çoxalması uzunömürlüyün artması ilə əlaqədardır

21 Sentyabr 2017 05:33

Tillerson: "İran Yaxın Şərqdə sabitliyə təhdid törədir"

21 Sentyabr 2017 05:27

Londondakı terrora görə daha bir nəfər tutuldu

21 Sentyabr 2017 05:24

Məhəmməd İngiltərədə oğlanlara verilən ən məşhur adlardan biridir

21 Sentyabr 2017 05:12

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 04:58

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 04:34

İndoneziyada 5,7 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 04:32

Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı

21 Sentyabr 2017 04:28

Tayvanda atışma olub: ölən və yaralananlar var

21 Sentyabr 2017 04:12

Uşağa dərs oxutmağın effektli üsulları - VALİDEYNLƏRƏ QIZIL MƏSLƏHƏTLƏR

21 Sentyabr 2017 04:03

Poroşenko Ərdoğanla görüşdü

21 Sentyabr 2017 03:39

Kanadalı alimlər işığı əks etdirməyən NƏHƏNG PLANET aşkarladılar - FOTOLAR

21 Sentyabr 2017 03:28

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230-a çatıb

21 Sentyabr 2017 03:12

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

21 Sentyabr 2017 03:03

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 02:47

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 02:44

Dünyagörüşünüzü dəyişəcək 12 qəribə xəritə

21 Sentyabr 2017 02:33

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 02:27

Bakı metropolitenində “Wi-Fi” olacaq

21 Sentyabr 2017 02:18

Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub

21 Sentyabr 2017 02:03

"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

21 Sentyabr 2017 02:02

Odessanın vitse-meri uşaq düşərgəsindəki yanğına görə vəzifəsindən istefa verib

21 Sentyabr 2017 01:52

8 mindən çox insan köməksiz qalıb -

21 Sentyabr 2017 01:51

ADA Universiteti Nazirliklə əməkdaşlıq edəcək

21 Sentyabr 2017 01:43

"Marca" -

21 Sentyabr 2017 01:30

Elektrik enerjisinə görə ödənişlərlə bağlı - YENİLİK

21 Sentyabr 2017 01:23

ABŞ-dan PYD-yə növbəti dəstək

21 Sentyabr 2017 01:12

Yaponiya sahillərində güclü zəlzələ

21 Sentyabr 2017 01:04

Sakit okeanda, Vanuatu sahillərində 6,5 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 01:02

Meksikada 3 günlük matəm elan edilib

21 Sentyabr 2017 00:58

Misirdə binanın çökməsi nəticəsində tələfat artdı -

21 Sentyabr 2017 00:55

Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir

21 Sentyabr 2017 00:43

Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"

21 Sentyabr 2017 00:37

Xızıda 312 ədəd partlamamış hərbi sursat aşkarlanıb

21 Sentyabr 2017 00:37

Mikroavtobus divara çırpıldı - 19 yaralı

21 Sentyabr 2017 00:34

İspaniya polisi Kataloniya muxtar vilayətinin binalarına -

21 Sentyabr 2017 00:33

Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO

21 Sentyabr 2017 00:23

ABŞ-da məktəbdə atışma olub, xəsarət alan var

21 Sentyabr 2017 00:22

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13