ŞİKAYƏT: "Bir avtobusla getdiyimiz yol indi 4 marşruta başa gəlir"

ŞİKAYƏT: "Bir avtobusla getdiyimiz yol indi 4 marşruta başa gəlir"
18:12 7 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı sakini Samir Vəliyev Milli.Az-a müraciət edərək avtobus marşrutlarının çatışmazlığından və bu sahədə planlaşdırmanın düzgün aparılmamasından şikayət edib:

"Sizə Bakıda marşrut çatışmazlığı haqqında yazmaq istəyirəm. Əvvəl 1 marşrutla getdiyimiz yolu indi 4 avtobusla gedirik. Səbəb isə lazımlı marşrut xəttlərinin ləğvidir. Əvvəl 258 nömrəli marşrut var idi və Nobel prospektindən Bibiheybətə və "Sədərək" ticarət mərkəzinə kimi gedirdi. Neçə müddətdir ki, bu marşrut ləğv olunub. Bundan əziyyət çəkən isə biz sərnişinlərik. İndi bu yolu getmək bizə 4 marşruta başa gəlir - "21"lə "Xətai" m/s, oradan "4"lə Səməd Vurğun bağına, oradan "5"lə 20-ci sahəyə, oradan da "120" ilə Bibiheybətə. Bu, nə dərəcədə düzgündür? Şəhərdə bir-birini təkrarlayan xətlər var. Məsələn, "7" və "18", "14" və "96". Lakin lazımi istiqamətlərə marşrut xətti yoxdur. Bakı Nəqliyyat Agentliyindən bu marşrutu bərpa etməsini xahiş edirik və xeyirli cavab gözləyirik".

Müraciətlə bağlı Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Agentliyin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova Milli.Az-a bildirdi ki, problem qurumun müvafiq şöbəsində araşdırılacaq.

İlkin İzzət
Milli.Az


 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR